Mərhum ginekoloq Səbinə Mirzəyevanın kitabı ikinci dəfə nəşr olundu - Xeyriyyə aksiyası

OXUNUB: 71 MARAQLI
Ötən il vaxtsız vəfat edən tanınmış ginekoloq dr. Səbinə Mirzəyevanın ölümündən qısa müddət əvvəl ərsəyə gətirdiyi kitabı xeyriyyə məqsədi ilə ikinci dəfə nəşr olunub.

İcmal.Azn verdiyi xəbərə görə, "Dr.Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabının ikinci nəşrinı ön sözü Millət vəkili 
Qənirə Paşayeva yazıb . 

"Libraff" mağazalar şəbəkəsindən 15 manat əldə edə biləcəyiniz kitab məhdud tirajla - 1000 ədəd çap olunub.

Qeyd edək ki, kitabın birinci nəşrinin satışından da əldə edilən vəsait xeyriyyə işlərinə sərf olunmuşdu.

Kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda, məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar. 

Qeyd edək ki, dr. Səbinə Mirzəyeva 3 aprel 2018-ci ildə vəfat edib.
 

İcmal.Az

RƏYLƏR