Məşhur olmaq üçün qardaşına elə bir şey etdi ki, görənlər DƏHŞƏTƏ GƏLDİ

OXUNUB: 693 MARAQLI

İnternetdə rekordu qırmaq məqsədiylə ağaca bağladığı 14  yaşlı qardaşına işgəncə verdiyi anları kameraya çəkdiyi deyilən böyük qardaş ilə qohumu barəsində cinayət işi açılıb.

 S.Z.O. (14) Qurban bayramında ailəsi ilə Ankaranın Kızılcahamam qəsəbəsinə gedib. Böyük qardaşı Ö.R.O. (16) qardaşına "Sosial şəbəkədə yayımlamaq üçün səni ağaca bağlayıb, videonu çəkəcəyik" deyib.

Böyük qardaşla qohumu Z.O. (18) S.Z.O-nu iplə ağaca bağlayaraq üzərinə su və qoyun nəcisi tökərək ağacla döyüb.

Bu anları kameraya çəkən uşaqlar görüntü sonra internetə yükləyiblər.

Görüntüyü internetdə izləyən bir nəfər polisə şikayət edib.

 

Polislər Ö.R.O-nu saxlasalar da, Z.O. tapılmayıb.

S.Z.O polisə verdiyi ifadədə internetə yükləmək üçün qardaşının ona ağaca bağlayıb videoya çəkmək təklifi etdiyini, özünün də bu təklifi qəbul etdiyini bildirib.

Görüntülərin daha real görünməsi üçün Z.O-nun onu vurduğunu və çəkdikləri videonu izlənmə rekordu qırmak məqsədi ilə sosial şəbəkələrə yüklədiklərini bildirən S.Z.O böyük qardaşı və Z.O-dan şikayət etmədiyini deyib./milli

İcmal.Az

RƏYLƏR