Ripsaw EV3-F1-i "tank" adlandırırlar. Halbuki bu tırtıllı, sürətli nəqliyyat vasitəsini tanka bənzədən, sadəcə, iki ünsürdür: tırtıllar və 1500 at güclü mühərrik.
Ripsaw EV3-F1 sürətli idman nəqliyyat vasitəsidir.
O, adrenalin və drayv həvəskarı olan pullu şəxslər üçün nəzərdə tutulub.
"Mini-tank"ın vuran ürəyi 1500 at gücündəki Hellcat mühərrikidir.
Ripsaw EV3-F1-in istehsalçısı olan Howe & Howe şirkəti 2,4 metr uzunluqda, 3315 kq çəkidəki nəqliyyat vasitəsini "aktiv istirahət üçün bir yerli tank platforması" adlandırır.
Mini-tankda gedişin ekstremal olduğunu nəzərə alan istehsalçı Ripsaw EV3-F1-i təhlükəsizlik kəmərləri və daha çox reaktiv qırıcı kabininə bənzəyən kabinlə təchiz edib.
Ripsaw EV3-F1-in minimal satış qiyməti 500 min dollardır./milli
İcmal.Az