“Mingəçevir Gənclərin Regional Debat Forumu:Payız 2019” uğurla yekunlaşdı

OXUNUB: 776 SOSİAL
Forumda Mingəçevir,Yevlax,Ağdaş və Ağcabədi regionlarını təmsil edən debatçılarımız "İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır" mövzusu üzrə təsdiq və inkar mövqeylərdən debatlar apardılar.

Debat raundlarının yekununda daha uğurla çıxış edən Ağdaş şəhərini təmsil edən "White stone” - Mingəçevir şəhərini təmsil edən "Qarabağ” komandaları finala vəsiqə qazandılar.

Finalda isə daha uğurla çıxış edən Mingəçevir şəhərini təmsil edən  "Qarabağ” komandası forumun qalibi oldu.
Forumun "Final Mükafatlandırma və Bağlanış Mərasimi"də açılış nitqi ilə çıxış edən Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı. 

Daha sonra çıxış edən Mingəçevir Regional Debat Mərkəzinin sədri  Etiram Sadıqzadə Mərkəz tərəfindən 4 il ərzində 10 Gənclər, 4 Məktəbli olmaqla,  ümumilikdə 14 Debat Forumun keçirildiyini 
Tədbirin gedişində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılovun salamlarını tədbir iştirakçılarına çatdıraraq ölkədə aparılan gənclər siyasətindən, ölkə rəhbərliyi tərəfindən gənclərin diqqət və qayğı ilə əhatə olunmalarından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafındakı rolundan ətraflı söz açıb.
Tofiq Əsgərov sonda gənclərə uğurlar arzulayaraq hər zaman öz üzərlərində iştəmələrini və öz inkişafları üçün çalışmalarını tövsiyyə edib.
Sonda qalib komandaya kubok və medal,ən yaxşı natiqlərə medal,bütün iştirakçılara sertifikat verildi.

Qeyd edək ki, forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat IB-nin (DVC) birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən "Respublika Gənclər Debat Forumu:Payız 2019” layihəsi çərçivəsində keçirilir.
 
 

RƏYLƏR