Mingəçevirdə Dilimiz Təhqir Olunur-FOTO

OXUNUB: 1011 SOSİAL

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ancaq təəssüflə qeyd etməliyik ki,bu gün ölkəmizin bir çox reginlarında dövlət dilimzə qarşı oldquca biganə münasibət var.Konkret desək,dilimizə qarşı hörmətsiz münasibət sərgilənir və Ana dilimiz aşağılanır,təhqir olunur.Elə Mingəçevir şəhərində olduğu kimi.Şəhərin N.Nərimanov küçəsi 50 ünavında lentə aldğımız bu görüntülər bunu bir daha təsdiq edir.






İcra hakimiyyətinin düz bir addımlığında yerləşən bu obyektdə rus dilinə olan sevgi açıq şəkildə gözümüzə girir.Yeni illə bağlı rus dilində yazılmış bu sözlərin yanında biçarə dilimiz heç nəzərə çarpmır.Görəsən,Mingəçevir şəhərinin Baş memarı Etibar Abdullayev hara baxır? Hər gün azı 5 dəfə bu obyektin qarşısından keçən və bir məmur olaraq dilimizin qorunmasına cavabdeh olan şəxs kimi baş memar bu rus dilli yazıları görmürmü?

Hətta,bu cənablar dilimizi o qədər «seviblər»ki,onu çox yöndəmsiz şəkildə bir küncdə kiçik hərflərlə yazıblar.Bu addım isə dilimizi aşırı dərəcədə aşağılamaqla bərabər,ciddi hüquqi məsuliyyət yaradır.Müvafiq qanunvericliyin kobud şəkildə pozulmasıdır.



Hələ bu azmış kimi şəhərin mərkəzi prospektindəki dayanacaqlara yeni qoyulmuş köşklərin üzərindəki sözlər də dilimizi aşağılamaqdan başqa bir şey deyil.Cənab Etibar Abdullayev və şəhərin reklam xarakterli yazılarına nəzarət edən qurumun təmsilçiləri,axı Azərbayacn dilində "Kiosk”sözü yoxdur.



Bu sahəyə cavabdeh olan məmurlar birmənalı şəkildə anlamalıdırlar ki,onların dilimizə qarşı bu biganə münasibəti Dövlət dili haqqında qanunun 1,7,18 və 19-cu maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır.Deyəsən,cavabdeh qurumların və məsuliyyətsiz sahibkarların xəbəri yoxdur ki,Ümummilli liderimiz H.Əliyev 30 sentyabr 2002-ci ildə 365-IIQ nömrəli fərmanla Azərbaycan Respublikasının Dövlət dili haqqında qanunun qüvvəyə minməsini təsdiqləyib.Bununla da Dövlət dilinin hüquqi statusu Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək,onu qorumaq hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur./azbelediyye.info
 
İcmal.Az

RƏYLƏR