Mingəçevirin icra başçısı şəhid ailələrini ziyarət edib

OXUNUB: 336 SOSİAL

Sentyabrın 27-də Mingəçevir şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, millət vəkili Əli Hüseyinli, ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları ərazilərimizin  işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş Məmmədov Şahmar Ağasəf oğlunun, Allahverdi Ələt oğlu Babayevin, İslam, Əli İlqar oğlu Əhmədov qardaşlarnını, Məmmədov Məhyəddin Yaşar oğlunun ailələrini yaşadıqları ünvanlarda  ziyarət ediblər.

Görüş  zamanı İcra başçısı İlham İsmayılov şəhid ailələrinə başsağlığı verib, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci-vitse prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının hər yerdə olduğu kimi Mingəçevir  şəhərində də mütəmadi davam etdirildiyini vurğulayıb. Başçı  şəhid ailələrini dinləyib, onları maraqlandıran bəzi  məsələlərlə əlaqədar ətraflı məlumat və izahatlar verilib. Başçı belə görüşlərin mütəmadi davam etdiriləcəyini, şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını vurğulayıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.

Şəhid ailələləri onlara göstərilən təşkilatı dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə və Birinci-vitse preziden Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

RƏYLƏR