Mollanı qəbiristanlığa apardı, əlinə gül verib sorğu-suala tutdu, sonra da... - VİDEO

OXUNUB: 605 SOSİAL

Sosial şəbəkədə qəbiristanlıqda dayanan bir molla sorğu-suala tutulub.

Bir kişi tərəfindən görüntülənən videoda molla əlində qərənfil güllərlə qəbiristanlıqda durub. Yanında olan şəxs isə onu həm videoya çəkir, həm də Quranla bağlı sual verir:

-Dedin Quranda neçə ayə var?

-Bilmirəm…

-Surələri də bilmirsən?

-Surələri bilirəme, sadəcə sayını bilmirəm…

-Sən necə mollasan? Bayaqdan mənim maşınımda moizə oxuyursan, ay nə bilim imamlar diridir, ölməyib filan… Mən deyim, sən yadında saxla: Quranda 114 ayə var, surə isə çoxdur. Oldu? Bunları öyrən! Deməli, belə çıxır ki, hamınlz maşenniksiniz. Camaatı pul alıb aldadırsınız. Quranda isə ayələrin sayını bilmirsiniz. İncimə, xətrinə dəyməsin… Gələn dəfə gələndə səndən soruşacam. Hələ 1-2 sualım da olacaq, Qurandan soruşacam, yaxşı?!

Qeyd edək ki, mollanı sorğu-sual edən şəxsin özü də səhvə yol verir. Belə ki, Qurani-Kərimdə surələrin sayı 114, ayələr sayı isə 6236-dır.

Lakin videoda diqqət çəkən başqa bir məqam da var. Sorğu-sual edən, Quranla bağlı nəsə demək istəyən şəxsin çəkilişi gizli deyil, açıq-aşkar etməsi və mollanın da buna razılıq verməsidir. Sanki molla özü özünü ifşa etməyə razıdır…/a24.az


İcmal.Az

RƏYLƏR