Müşfiq Cəfərov Kəpəz Peşəkar Futbol Klubunun üzvləri ilə görüşüb - FOTOLAR

OXUNUB: 1920 SOSİAL
22 yanvar 2020-ci il tarixində 39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncənin KƏPƏZ Futbol Klubunun rəsmiləri, əsas komandanın üzvləri, məşqçilər heyəti və azarkeşlər ilə görüşü təşkil olundu.

Açılış nitqinə Müşfiq Cəfərovu salamlayaraq başlayan Kəpəzin icraçı direktoru İlqar Nadiri bunun klubun tarixində xoş hadisə olduğunu bildirib. O, Müşfiq Cəfərova komandanın şərfini hədiyyə edib, "Kəpəz” ailəsinin seçki prosesində doğma namizədə dəstək verəcəyini vurğulayıb. Əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə, Müşahidə Şurasının üzvü Müzəffər Qasımov və "Kəpəz” azarkeşi, Rio Yay Paralimpiya Oyunlarının qalibi Ramil Qasımov da çıxış edərək daim klubun yanında olan Müşfiq Cəfərova uğurlar arzulayıb.

İsti qarşılanmaya görə hər kəsə təşəkkür edən Müşfiq Cəfərov bütün gəncəlilər kimi futbol vurğunu olduğunu xatırladıb, gələn mövsüm "Kəpəz”i layiq olduğu yerdə - Premyer Liqada görməyi arzuladığını qeyd edib. Deputatlığa namizəd seçicilərin ona olan etimadını doğruldacağını söyləyib. Müşfiq Cəfərov ənənəsinə sadiq qalaraq özü ilə gətirdiyi imzalı topları aşağı yaş qrupları üzrə olan komandalara hədiyyə edib.

Görüşün sonunda kollektiv xatirə şəkli çəkilib.
 

 

 

 

 

RƏYLƏR