Natəvanın heykəlinə qarşı vəhşilik - Anar Rəhimov yazır Ermənilər Qareginin qisasın alır ?

OXUNUB: 652 Özəl ERMƏNİSTAN AZƏRBAYCAN SİYASƏT TƏHLİL
Belçikanın Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və bu hadisə Avropada yaşayan soydaşlarımızı hiddətləndirib. Xoşagəlməz insidentlə bağlı Vaterlo şəhər meri Floran Röterə məktubla müraciət də edilib. Xarici işlər nazirliyimizin məlumatına görə, 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb. Onu da deyək ki, heykəl Vaterlo şəhərinin mühafizə olunan abidələri siyahısındadır.
 
 
 
Ən maraqlı və diqqətçəkən məqam isə odur ki, Azərbaycanın, Qarabağın tarixinə aid abidəyə qarşı vəhşilik Ermənistan baş nazirinin Belçikaya səfəri zamanı baş verib. Terror və terrorçuları ilə Qafqazda vahimə yaratmağa çalışanlar, deyəsən Avropanın da canına xof salmaq istəyir. Buna ermənilərin öyündükləri, qəhrəmanlaşdırmağa çalışdıqları Qaregin Nijde timsalında tarixi terrorlarının prezident İlham Əliyevin tərəfindən beynəlxalq arenada pislənilməsi, erməni liderinin danlanması da səbəb ola bilər. Çünki terror və ikiüzlü xislətlilərin kin saxlamaqdan yaxşı bacardıqları ancaq mərdiməzarlıq, qaniçənlik, uyudurmaçılıq xüsusiyyətləridir.
 
 
 
Başqa cür yanaşsaq isə, ermənilər Qərbi Azərbaycan, yəni indiki Ermənistandakı, Qarabağdakı tariximizi saxtalaşdırdığı, məhv etdiyi kimi digər ölkələrdə də Azərbaycana həsr olunan tikililəri məhv etmək istəyir. Sanki üçrəngli bayrağımızı, Azərbaycan adını, yaxud içimizdən kimisə görəndə bunların canına qaşınma düşür, bir yerdə dura bilmirlər. Bəlkə də Azərbaycanın varlığı ermənilərin canına vəlvələ salır ki, "ay dığalar, cinayətlərinizin üstü açılacaq”! Gələk birinci ehtimala... Xatirinizdədirsə, ötən ilin noyabrında Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti Qaregin Nijdenin xatirə lövhəsi təhqir edilib. Çoxsaylı günahsız qanı tökmüş caninin lövhəsinə boyanı tökən isə, Dumanın deputatı Aleksey Vinoqradov olub.
 
 
 
Diqqət etsək, Belçikanın Vaterlo şəhərində şairəmiz, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın da heykəlinə boya tökülüb. Digər tərəfdən prezident İlham Əliyev Paşinyan və digər erməni vəzifəliləri olan, yaxud Ermənistan təmsil olunmayan tədbirlərdə terroru qəhrəmanlaşdıranları pisləyib, tənqid edib. Belə deyək – Paşinyanı ağ yuyub, qara sərib! Ölkə başçısının xatırlatdığı tarixi faktlar Rusiya sakinlərini də terrorçu abidəsinə qarşı yönəldib. Çünki həmin terroçu Nijde ikinci dünya savaşında onların, bizim və digərlərinin babalarına, nənələrinə qarşı vuruşub, qətlində iştirak edib.
 
 

İkinci yanaşmamıza gəlincə, Azərbaycanın zəngin tarixi, kökü, soyu, qədim dövlətləri, iki eranı əhatə edən adət-ənənələri var. Ermənistan isə materikimizin müxtəlif bölgələrində, dağınıq halda yaşamışlardır. Oğlanları ya cani olub, ya satqın nökər, ya da terrorçu olub. Qızlarının çoxu  isə, özlərində yönlü kişi tapa bilməyib, türkə ərə getməyə çalışıb, yarısı əsasən müxtəlif ticari punktlarda qul kimi satışa çıxarılıb, bir qismi də əlbəttə ki, kəniz olub. Bunlar da məcbur qalıblar imperiyalara xəbərçilik, yaltaqlıq edib, özlərinə şərait qursunlar, saxta tarix uydursunlar. İmperator etimadı qazanan hələ də millət kimi yetkinləşməyən, formalaşmayan ermənilər dövlət qurmağa çalışıblar. Əfsus ki, bu onlarda alınıb. İrəvan xanlığımızın ərazisini ələ keçirtdikdən sonra ayparamızı xaça çevirib, Rəvanı oxuyub, "Tiqran” nağılı yazıblar. Sonralar Qarabağımızı da işğal edib, seperatçı rejim yaratmaqları buradakı abidələrimizin də əcəlini yazmış oldu. Bu azmış kimi, ermənilər digər qitələrdə yerləşən dövlətlərin ərazisindəki Azərbaycana aid abidələri də dağıtmaq niyətindədilər. Məhz buna görə, Belçikanın Vaterlo şəhərində Natəvanın abidəsinə tökülən boyanın altından erməni çıxsa, təəccüblənməyin!

RƏYLƏR