“Naxçıvanda Nuh peyğəmbərin heykəli turizm məqsədi ilə qoyulub” – TANINMIŞ İLAHİYYATÇIDAN AÇIQLAMA

OXUNUB: 1472 GÜNDƏM Seçilmiş Önəmli

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2017-ci il sentyabrın 12-də "Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb.

2018-ci il aprelin 25-də "Duzdağ” hotelində Naxçıvan Duz Muzeyi yaradılıb. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, eləcə də Nuh peyğəmbərin heykəli qoyulub. Bəs, görəsən Nuh peyğəmbərin heykəli qoyulması müqəddəs şəriətimizə görə haram, yoxsa halal olan əməllərdən hesab olunur?

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən tanınmış ilahiyyatçı Elşad Miri bildirib ki, Qurani-Kərimdə Həzrət Süleyman (ə) peyğəmbərin heykəllər düzəltdirməkdən bəhs olunur: "Deyiləndə də heç bir şəkildə bu qəbahətli hal kimi qəbul edilmir. Amma bu gün bir insanın Naxcıvada Nuh peyğəmbərin heykəlini qoydurmağı, yəqin turizim və yaxud başqa məsələlər baxımından güdəmə gətirilib. Yoxsa burada peyğəmbər sevgisindən və yaxud peyğəmbərlərin təbliğ etmək deyil. Yəni bu onunla əlaqəsi olan məsələ deyil”.

BNEWS.az


RƏYLƏR