NAYORA-nın layihəsi çərçivəsində yeni media mövzusunda təlim baş tutub: SƏBUHİ ABBASOVUN MODERATORLUĞU İLƏ (FOTOLAR)

OXUNUB: 693 Özəl GÜNDƏM QHT

7NEWS.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəy ilə reallaşdırdığı "Gənclər təkilatlarında media savadlılığının artırılması” layihəsi çərçivəsində növbəti təlim baş tutub. "Sosial şəbəkələrin sosial mediaya inteqrasiyası və sosial medianın formalaşması” mövzusunda reallaşan təlimin moderatoru internet-media ekspert, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov olubİki saat davam edən təlimin sonunda gəncləri maraqlandıran suallar cavablandırılırb.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində 6 təlim 3 görüş və 3 infoturun keçirilməsi planlaşdırılıb. Layihənin əsas məqsdi gənclər təşkilatlarının media biliklərinin artırılması, sosial mediadan operativ istifadə bacarıqlarının və vərdişlərinin inkişafı, iş mühitində keyfiyyətli və effektiv rəqəmsal kommunikasiyanın formalaşdırılması, gənclər təşkilatlarının mətbuat və media fəaliyyətlərinin stimullaşdırılması, eyni zamanda sosial media alətlərinin düzgün tətbiqidir















RƏYLƏR