Nazirlik vəzifəli şəxsi cərimələyib

OXUNUB: 592 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə İcmal.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi "Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

İcmal.Az

RƏYLƏR