Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin həlli planını açıqlayıb.
"RİA Novosti” xəbər verir ki, plan üç bənddən ibarətdir:
Hər iki tərəfin öz hərbi qüvvələrini sərhəddən geri çəkməsi;
Sərhəddə Rusiyanı və ya Minsk qrupu həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilərin yerləşdirilməsi;
Beynəlxalq müşahidə altında sərhədlərin dəqiqləşdirilməsi.