Prezident Astarada yol tikintisinə 8,5 milyon manat ayırdı

OXUNUB: 850 index-manşet SİYASƏT

Prezident İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

İcmal.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

İcmal.Az

RƏYLƏR