Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib (FOTO)

OXUNUB: 1008 index-manşet SİYASƏT

Sentyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verdi.

Dövlətimizin başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış oldu.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış oldu.

İcmal.Az

RƏYLƏR