Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında energetika sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. İCMAL.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli "Əmək" ordeni ilə
Bayramov Kazım Bayram oğlu
"Tərəqqi" medalı ilə
Abbasov Zakir Allahverdi oğlu
Orucov Nüsrət Oruc oğlu.