Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
7NEWS.az xəbər verir ki, sərəncamla "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etməli;
bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.