Prezidentin köməkçisi: “Ermənistan münaqişəni getdikcə gərginləşdirir”

OXUNUB: 355 index-manşet SİYASƏT

"Ermənistan Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alır. Bu, qəbuledilməzdir”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan yenidən qoşun toplayaraq, Azərbaycana qarşı hücuma keçir:

 

"Ermənistan münaqişəni getdikcə daha da gərginləşdirir. Artıq bu gün də Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib. Həmçinin, həlak olan və yaralananlar var.

Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır”.

H.Hacıyev qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır:

"Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq, münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə, baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir”./oxu


RƏYLƏR