Pul vermədiyinə görə bağçada uşağı döydülər – İDDİA + VİDEO

OXUNUB: 147 SOSİAL

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 285 saylı uşaq bağçasında tərbiyəçinin uşağı döyməsi barədə valideyn Leyla Əlizadə video yayıb.

Oxu.Az xəbər verir ki, valideyn bağçada aylıq adı ilə yığılan rüşvətə etiraz etdiyi üçün övladının döyüldüyünü iddia edib:

"Bağçaya yeni təyin edilən müdirə Səidə Xudiyeva valideynləri 20 manat ödəməyə məcbur edib. Valideynlər bu məsələyə narazılıqlarını bildiriblər. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinə və müəyyən yerlərə müraciət etdik.

Ən çox etiraz edən valideynlərdən biri də mənəm. Buna görə də tərbiyəçisi Təranə övladımı döyüb. Qızımı çimdikləyərək, bu vəziyyətə salıb. Bədəninin müəyyən yerlərində qançırlar var. Bizimlə prinsip aparırlar”.

Məsələ ilə bağlı bağçadan Oxu.Az-a açıqlama verilib. Bildirilib ki, bağçanın müəllimləri valideynlə bağlı polisə şikayət ərizəsi yazıb:

"Təranə müəllim bizim sevilən müəllimlərimizdəndir. Valideyn uşağı iki gün bağçaya gətirməyib. Gətirdiyi gün isə uşağın ayağında göyərtilər olduğunu deyib. Bura elə bir yerdir ki, heç kim dağdan düşməyib və yerdən çıxmayıb. Onun dediyi iddia yalandır.

Ayyarımdır buraya təzə müdir təyin olunub. Bizdən əvvəl bu valideynin bağçanın rəhbərliyi ilə qərəzi var. Pul yığılması söhbəti, döyülməsi yalandır. Gəlib deyir ki, bu dəfə işim müəllimlərlədir. Deyir ki, müəllimlərin axırına çıxacam.

Valideynləri başına yığır, söyüş söyür, bura təhsil ocağıdır. Uşaqları qorxuya salır. Müəllimlər, texniki işçilər o valideyn barədə polisə şikayət edib, ərizə yazıblar. Müəllimi bağçada döyüb, hədələyib və qorxudub.

Uşaqların yanında dəfələrlə təhqir edib. Uşaqları öyrədib ki, müəllimlərin yanında oturmayın. Bağçada hər şey qaydasındadır. Ekspertizanın rəyi, heç bir sübut olmadan şər atmaq dələduzluqdur. 

Gəlir, baxilsiz keçir uşaqların otağına, qapıya dəmir salıb qapının qıfılını qırır, gəlir, yelləncəkləri qırır. Darvazanın ağzını bağlayır ki, müəllimlər həyətdən çölə çıxmasın.

O deyir ki, bağçada işləmək istəyirəm. Müdir olmaq istəyirəm. Belə iddiaları var.

Belə söz gəzir ki, gedir, qril satanlardan haqq tələb edir ki, mənə iki toyuq verin. Verməsəniz, sizi müvafiq qurumlara şikayət edəcəm. Yəqin ki, bizdən aylıq haqq tələb edir. Belə adamlarla bacara bilmirik”.

Qeyd edək ki, xəbəri ilk dəfə Open.Az saytı yayıb.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}