Putin və Ərdoğan telefon danışığında Suriyadakı vəziyyəti müzakirə ediblər

OXUNUB: 652 GÜNDƏM DÜNYA
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə edilbər. İCMAL.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib. Məlumata əsasən, iki ölkənin liderləri Suriyanın şimalındakı vəziyyəti də müzakirə edib: "Xüsusilə, Türkiyə ordusunun bölmələri ilə Suriya hökumətinin silahlı qüvvələri arasında qarşıdurmaların qarşısını almağın zəruriliyi qeyd edilib". Rusiya prezidentinin Suriya-Türkiyə sərhədi boyunca bölgələrdə humanitar vəziyyətin gərginləşməsinə diqqət çəkdiyi də bildirilib.

RƏYLƏR