Qadınlar ərlərini döyə biləcək - Dəyənəklər paylanıldı

OXUNUB: 522 MARAQLI DÜNYA

Hindistanın Madya-Pradeş ştatının sosial ədalət naziri Qopal Bharqava qeyri-adi qərarla diqqət çəkib.

Nazir 700 yeni evlənmiş gəlinə ərlərini döymək üçün beyzbol dəyənəyi hədiyyə edib. Bharqava müsahibəsində bildirib ki, xanımlar dəyənəklərdən içkili vəziyyətdə evə gələn həyat yoldaşlarından qorunmaq üçün istifadə edə bilərlər. Zorakılığın əleyhinə olduğunu qeyd edən Qopal Bharqava soyuq silahları zərurət yarandığı halda işə salmağı tövsiyə edib.

Qeyd edək ki, nazir özünəməxsus hədiyyələri hind gəlinlərinə ənənəvi keçirillən kütləvi toy mərasimində hədiyyə edib./metbuat.az

İcmal.Az

RƏYLƏR