Qarabağda erməni hərbçilər minaya düşdü: 3 yaralı

OXUNUB: 1005 HADİSƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Dağlıq Qarabağda iyulun 27-də saat 11:36 radələrində Xocavənd rayonu (Ağdam rayonu) Novruzlu kəndi ərazisində "ZİL-130” markalı yük avtomobili tank əleyhinə minaya düşüb.

 Bu haqda məlumatı qondarma rejimin "Fövqəladə hallar xidməti" yayıb. 

Partlayış nəticəsində itki olmadığı bildirisə də, hadisədən sonra əraziyə gələn avtomobilin sürücü və iki sərnişini Xocavənd şəhərindəki xəstəxanaya apardığı deyilir. 

Cəbhə xəttinə yaxın ərazidə "ZİL-130” markalı yük avtomobilin hansı təxribatı icra etdiyi məlum olmasa da, sürücü və sərnişinlərinin hərbçi olması istisna edilmir./azvision
 
 
 
İcmal.Az

RƏYLƏR