Qartal və tülkünün ov mübarizəsi - VİDEO

OXUNUB: 675 MARAQLI

Amerikalı fotoqraf təbiətşünas Kevin Ebi cavan tülkünün əlindən dovşan şikarını almağa çalışan qartalı lentə alıb.

İcmal.Az-ın verdiyi xəbərə görə, maraqlı hadisənin video görüntüsü Fox News-da yayımlanıb.

Videoda göründüyü kimi tülkü dovşanı ovladığı zaman qartalın hücumuna məruz qalır. Qartal tülkünü şikarı ilə birgə caynağına alıb havaya qaldırır. Altı metr hündürlükdə səkkiz saniyəlik mübarizədən sonra tülkü şikarını əldən verərək yerə düşür. Qartal isə dovşanla birgə uçub gedir

Fotoqraf qeyd edir ki, tülkü bu mübarizədən zədəsiz qurtulub.

İcmal.Az

RƏYLƏR