Qaxda avtomobil körpüyə çırpıldı – VİDEO

OXUNUB: 646 SOSİAL

Qaxda minik avtomobili körpüyə çırpılıb, nəticədə iki nəfər xəsarət alıb.

İcmal.Az "ARB TV"-yə istinadla xəbər verir ki, hadisə Qax-Şəki avtomobil yolunun 1-ci kilometrliyində baş verib.

Laçın rayonundan olan məcburi köçkün, 34 yaşlı Elsəvər Həsənov idarə etdiyi "VAZ 21010" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Kürmük çayı üzərindəki dəmir körpüyə çırpılıb.

Nəticədə sürücü və onun sərnişini, Qax rayon Əmbərçay kənd sakini, 27 yaşlı Bəhruz Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Elsəvər Həsənova qapalı kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Bəhruz Məmmədovun vəziyyəti isə kafi hesab edilir.

İcmal.Az

RƏYLƏR