Qəbələnin küçələri su altında qaldı (FOTOLAR)

OXUNUB: 68 SOSİAL
Gecə saatlarından başlayan güclü leysan Qəbələdə yolları gölməçəyə çevirib.

İcmal.Az "Sputnik"ə istinadən xəbər verir ki, iki gündür fasilələrlə yağan yağış nəticəsində rayonda çaylarda suyun səviyyəsində qalxma müşahidə olunub. Səhər saatlarında başlayan güclü leysan Qəbələnin mərkəzi küçələrində insanların, eləcə də nəqliyyat vasitələrinin hərəkətində problem yaradıb.

Leysan nəticəsində küçələrdə su ötürücülər daşaraq küçələrdə insanların hərəkətinə maneələr yaradıb. Bəzi şəxsi təsərrüfatlara, meyvə bağlarına ziyan dəydiyi bildirilir.

Hazırda rayonun Dəmiraparan və Həmzəlli çaylarında bolsululuq müşahidə olunur. Bu gün səhər saatlarından küçələrdə su ötürücülərinin təmizlənməsi və fəsadların aradan qaldırılması işləri aparılır.
 
 
 
 
İcmal.Az

RƏYLƏR