Qorxulu kadrlar: balıq tuturdular, ölümdən qurtuldular - VİDEO

OXUNUB: 426 MARAQLI

Brayan Maessin 6 metr uzunluğundakı, indiyədək ona "sədaqətlə" xidmət edən motorlu qayığı xurd-xəşil olub. Qayığı Marlin Li Larsenin 12 metr uzunluğundakı kateri vurub.

Olay ABŞ-ın Oreqon ştatındakı Kolumbiya çayında baş verib.

Maess dostları Kristofer MakMehon və Roni Daremlə birlikdə qayıqda balıq tutarkən onlara tərəf böyük katerin sürətlə yaxınlaşdığını görüblər.

Qayıqla katerin toqquşacağını anlayan Maess "Dayan! Saxla kateri!" qışqırıb, amma bir nəticə hasil olmayıb.

Çarəsiz Maess və dostları ölümdən qurtulmaq üçün buz kimi suya atılıblar.

Maess Larsseni məhkəməyə verib və ondan 372500 dollar məbləğində təzminat tələb edib.

Larsenin dediyinə, katerin qarşısında qayığın olduğunu görməyib.

 

Polis zabiti, 47 yaşlı Maess isə israrla iddia edir ki, Larsen bunu bilərəkdən, qəsdən edib./milli

İcmal.Az

Qorxulu kadrlar: balıq tuturdular, ölümdən qurtuldular - VİDEO


Qorxulu kadrlar: balıq tuturdular, ölümdən qurtuldular

RƏYLƏR