Qubada meşə yanğınları söndürülüb - YENİLƏNİB

OXUNUB: 586 SOSİAL

Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) baş vermiş yanğınlar söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin iki ədəd "Mi-17” helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.​

30 iyul/19:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qasımqışlaq kəndinin yaxınlığında dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən İcmal.Az-a bildiriblər ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub. İlkin məlumata görə, yanğınların yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

İcmal.Az

RƏYLƏR