Quba rayonu Səbətlər kənd sakini A.İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığı barədə məlumat verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib. İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Deputat Ülvi Quliyevin qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb
17.05.2024, 13:38 / HADİSƏ -
“Mənə neçə mənzil verə bilərsən?” - DƏLİXANADIR, VALLAH...
14.05.2024, 17:18 / HADİSƏ -
İcra başçısı sakinlər yaşaya-yaşaya binanı sökdürür – VİDEO
14.05.2024, 11:36 / HADİSƏ -
“McDonalds Azərbaycan” işçiləri istismar edir
14.05.2024, 11:33 / HADİSƏ -
Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
13.05.2024, 10:55 / Özəl, HADİSƏ, SOSİAL -
Sahil Babayevin geyiminin qiyməti AÇIQLANDI
10.05.2024, 16:39 / HADİSƏ -
Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT
10.05.2024, 14:12 / QHT, HADİSƏ