Ramil Həsən Zəfər Bayramını Ucar rayonunda Şəhid və qazi ailələri ilə bir arada qeyd edib

OXUNUB: 552 SOSİAL
Bu gün Ucar rayonunda 8 noyabr - "ZƏFƏR GÜNÜ" münasibətilə geniş ictimaiyyətin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Öncə Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyulub, Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə çiçəklər qoyulmuş və dualar oxunmuş, sonra rayon mərkəzində hazırlanmış mərasimə qatılmışdılar. Tədbirin aparıcısı Qəhrəman Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarına bildirmiş, dövlət himni səsləndikdən sonra açılış edərək sözü Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədova vermişdir. 
İcra başçısı öz çıxışında rayon ictimaiyyətini Zəfər Bayramı Günü münasibətilə ürəkdən təbrik edərək: "Mənfur düşmən  30 il ərzində torpaqlarımızı düşmən tapdağında saxlamış və 44 gün ərzində Azərbaycan xalqı bir yumruq olaraq birləşib, ordu, xalq, Ali Baş Komandan birliyi ilə əks hücum əməliyyatları nəticəsində bu qələbəni qazandı. Qələbə təkcə hərbi meydanda deyil, bütün Azərbaycan xalqı və bütün dünya bilir ki, eyni zamanda siyasi müstəvidə də aparılan müharibə idi, yəni siyasi və hərbi yolla bütün torpaqlarımız işğaldan azad edildi. Bu günlərdə ordu xalqın yanında, xalq ordunun yanında saat mexanizmi ilə fəaliyyət göstərirdi. Azərbaycan ordusu geri çəkilmirdi və şanlı ordumuz hər gün yeni əraziləri işğaldan azad edirdi. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan ordusu, yaşasın Ali Baş Komandan, Qarabağ Azərbaycandır! ALLAH Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə can sağlığı versin, bu günləri-qələbəni bizə bəxş edən bütün Şəhidlərimizin qarşısında dərin hörmət və ehtiramla baş əyirəm" - fikirlərini bildirmişdir. 

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən çıxışında: "Əziz qəhrəman Şəhidlərimizin ailələri, valideynləri, övladları, igid qazilərimiz, övladlarımız, əziz Azərbaycanımız Zəfər bayramımız mübarək olsun deyirəm. Çıxışımı Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin başçılığı altında 30 illik həsrətimizə son qoyan, sizləri və bizləri yumruq kimi birləşdirən, bir araya gətirən və bu tarixi bizə yaşadan Müzəffər Azərbaycan ordusuna və onun Ali Baş Komandanına eşq olsun deyərək başlamaq istəyirəm. Sözün həqiqi mənasında biz bu gün 8 noyabr tarixini, bir il əvvəl Şuşanın işğaldan azad edilmə günü Ali Baş Komandan Cənab İlham Əliyevin qeyd etmiş olduğu kimi, "Şuşa sən azadsan, Şuşa biz qayıtdıq, Qarabağ Azərbaycandır!, o cümlədən mən Ümummilli liderimiz Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirirəm” kimi tarixi cümlələr  Zəfəri qeyd etmək üçün mükəmməl bir örnək və hədəf olmuşdur. 30 il ərzində bizi hər ay hansısa bir şəhərimizin düşmən tərəfindən işğal edildiyi gün kimi qeyd etməyə məcbur edən mənfur Ermənistan və onun ordusu məhz bizim Şəhid oğullarımızın, qazilərimizin, Müzəffər Azərbaycan əsgərinin, güclü və qüvvətli Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında düşməni tarimar etməklə tarixin arxivinə bir daha açılmamaq şərti ilə gömmüşdür. Dünyada bir çox dövlətlər müstəqilliklərini qeyd edirlər və edəcəklər, sadəcə dünyada çox az dövlətlər vardır ki, Zəfər onlara nəsib olub. Sözün həqiqi mənasında həm I Qarabağ müharibəsi həm də, II Qarabağ müharibəsi Şəhidlərinin hər biri bizim üçün əzizdir, hər biri bu Vətən üçün canlarını fəda edərək bizim qəlblərimizdə Azərbaycan durduqca yaşayacaqlar. Bu gözəl bayramı 8 noyabrda biz Ucar rayonumuzda bütün əhali ilə birlikdə və bərabər qeyd edirik. Cənab Prezident İlham Əliyevin başçılığı altında Vətən torpaqlarımızı göz bəbəyi kimi qoruyan Azərbaycan ordusuna və onun əsgərlərinə eşq olsun! Bu şansı bizə qismət edən Tanrıya şükürlər olsun, bu şansı bizə qismət etmək üçün canlarını fəda etmiş  Şəhidlərimizə ALLAH rəhmət eləsin, qazilərimizə şəfa versin.
Bayramınız mübarək olsun! Qarabağ Azərbaycandır!" fikirlərini bildirmişdir. 

Sonda çıxış edən digər natiqlər I Qarabağ müharibəsinin şəhidi Təhmiraz Cavadovun anası Xəysə Cavadova, Vətən müharibəsi şəhidi Elnur Vəliyevin atası Əli Vəliyev, Vətən müharibəsi şəhidi Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Birinci Qarabağ müharibəsi əlili Rahib Rəsulov, Vətən müharibəsi qazisi Səfər Rüstəmov Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək, Zəfər gününün xalqımız üçün önəmindən danışaraq, bundan sonra da lazım olarsa düşmənlə müharibəyə Ali Baş Komandanın ətrafında möhkəm birləşərək getməyə hazır olduqlarını bildirmişdirlər. 

Tədbirin sonunda Bakı şəhərində keçirilən böyük Zəfər yürüşündə hazırlanmış Şəhid qardaşlarımızın plakatları öz ailələrinə təhvil verilmişdir.
 
 
No description available.
No description available.
No description available.
No description available.
No description available.

RƏYLƏR