Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir

OXUNUB: 788 SOSİAL

Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir.

 

 Bunlardan 90 faizi ağır və çox ağır cinayətlər törətmiş şəxslərdir.

 

Rusiya Cəzaların İcrası Federal Xidmətinin məlumatına görə, əcnəbi məhbuslar arasında 12 ABŞ və Avropa İttifaqıölkələrinin 97 vətəndaşı var.

 

MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır - 8002 nəfər. İkinci yerdə Özbəkistan (6362), üçüncü yerdə Ukrayna (4761) gəlir.

 

Rusiya həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı isə 2350 nəfərdir (MDB ölkələri arasında 4-cü).

 

Ümumilikdə isə Rusiya həbsxanalarında 618 490 nəfər cəza çəkir. Bunlardan 48 385-i qadın, 1594-ü azyaşlıdır. /apa

 

 

İcmal.Az

RƏYLƏR