Sabah Azərbaycan yeni Baş nazirini gözləyir - O da bu şəxsdir - İDDİA

OXUNUB: 2953 MARAQLI
Sabah Parlamentdə plenar iclas keçiriləcək. İclasda Azərbaycanın yeni Baş nazirinin təsdiqlənəcəyi gözlənilir.
Mediada ən çox müzakirə olunan mövzu kimin Baş nazir seçiləcəyidir? 
Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Faktor.Az-a açıqlamasında bildirib ki, bu vəzifəyə ən real ad Birinci vitse - Prezident Mehriban Əliyevadır. 
"Çünki Nazirlər Kabineti PA-nın bir hissəsidir. Söhbət əgər struktur islahatlarından gedirsə, bu iki qurum arasında əlaqələr sıxlaşdırılmalıdır. Yəni, ABŞ-da olduğu kimi vitse prezident hökumətin başçısıdır".  
Politoloq daha sonra qeyd edib ki, ikinci bir ehtimal, Samir Şərifovun Baş nazir təyin edilməsidir. 

RƏYLƏR