Sancay Rana Gəncəyə işgüzar səfər edib

OXUNUB: 658 SOSİAL

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rananı qəbul edib. 

İcmal.Az xəbər verir ki, icra hakimiyyətinin başçısı səfiri Nizami və Məhsətinin şəhəri Gəncədə salamlamaqdan məmnun olduğunu bildirib.

Görüşdə Azərbaycanla Hindistan arasında uzun illərdir mövcud olan iqtisadi, sosial, aqrar və mədəni əlaqələrdən söz açılıb. İki ölkə arasında dostluq və müxtəlif sahələri əhatə edən əlaqələrin bundan sonra da yüksək templə davam edəcəyinə əminlik ifadə olunub.

İlk dəfədir Gəncə şəhərinə səfər etdiyini deyən səfir Sancay Rana burada olmaqdan sevinc hissi duyduğunu bildirib. Səfir diqqətə çatdırıb ki, gəlişinin məqsədi iki ölkə arasında tarixən mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsidir. Sancay Rana vaxtı ilə Hindistanla Gəncənin "DET-Al" alüminium zavodu arasında olan əməkdaşlıq əlaqələrinin bərpası arzusunda olduğunu qeyd edib.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

 


İcmal.Az

RƏYLƏR