Səbuhi Abbasov: “V Azərbaycan-Rusiya Gənclər Forumu iki ölkə gəncliyini yeni, növbəti mərhələyə daşıyacaq”

OXUNUB: 2565 GÜNDƏM QHT

Xəbər verdiyimiz kimi Dekabrın 21-də Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib. Dekabrın 23-dək davam edəcək forumun təşkilatçısı Gənclər və İdman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Gənclər Təşkilatları Milli Şurası və Rusiyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır.

Forumun əhəmiyyətini şərh edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini dedi: ""Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Forumun açılış mərasimində iştirak etməsi birmənalı şəkildə bu layihənin strateji əhəmiyyətindən xəbər verir. Bu Forum həm də Azərbaycanda fəaliyyət göstərən aidiyyatı QHT-lərlə Rusiya QHT-ləri arasında mühüm körpü rolunu oynayacaqdır. İlk gün panel müzakirələr zamanı mühüm məsələlərə aydınlıq gətirildi, birgə fəaliyyət yolları araşdırıldı. Forum həm siyasi, həm iqtisadi, həm də mədəni baxımdan iki ölkə gəncliyini yeni, növbəti bir mərhələyə daşımış olur. V Azərbaycan-Rusiya Gənclər Forumu həm də həqiqətlərimizin Rusiya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”


RƏYLƏR