Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenikənd kəndinə gedən yolda "KamAZ” və "VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ”da olan bir nəfər xəsarət alaraq, Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır./apa
İcmal.Az