Sumqayıtda toyuqlar kütləvi qırıldı - VİDEO + FOTOLAR

OXUNUB: 601 SOSİAL
Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində həyətyanı sahədə ev quşları saxlayan Səbuhi Həsənovun təsərrüfatında toyuqların kütləvi şəkildə tələfatı baş verib. 
Səbuhi Həsənovun sözlərinə görə, bir neçə gündür saxladığı toyuqlar gözlənilmədən məhv olur və bunun qarşısını almaq mümkün olmur.

O, ev quşlarını qapalı şəraitdə saxlasa da, məlum olmayan səbəbdən 200-ə yaxını qırılıb. Zərəçəkən deyir ki, ev quşlarında indiyədək belə hal müşahidə etməyib və ona da bunun səbəbi məlum deyil. Səbuhi Həsənov yaranmış problemlə bağlı Sumqayıt şəhər Baytarlıq İdarəsinə də müraciət edib. Qurumdan vətəndaş tərəfindən onlara müraciət olunduğunu, amma həmin təsərrüfatın qeydiyyatda olmadığını bildirdilər. Qeyd etdilər ki, buna baxmayaraq vətəndaşın müraciəti ilə bağlı qurumun həkimləri sözügedən ünvanda olub və hadisəni araşdırıblar. Kütləvi tələfata qurd xəstəliyinin səbəb olduğu müəyyən edilib./xeberle.com
 
İcmal.Az




Sumqayıtda toyuqlar kütləvi qırıldı - VİDEO + FOTOLAR
Sumqayıtda toyuqlar kütləvi qırıldı - VİDEO + FOTOLAR
Sumqayıtda toyuqlar kütləvi qırıldı - VİDEO + FOTOLAR

RƏYLƏR