Sumqayıtda yeni asfaltlanmış yolu qazdılar: SƏBƏB? - VİDEO

OXUNUB: 636 SOSİAL
Bir müddət əvvəl Sumqayıt şəhərinin 20 Yanvar küçəsindən keçən, bərbad halda olan avtomobil yolu təmir olundu və yeni asfalt örtüyü döşəndi.

Bu gün isə sözügedən yolun 16-cı məhəllədən keçən hissəsini qazmağa başlayıblar.

Şəhər sakinin Xeberle.com-a göndərilən videomaterialdan görünür ki, qazıntı işləri "Azərsu ASC” tərəfindən aparılır.

Məsələ ilə bağlı olaraq, Sumqayıt Sukanal İdarəsinin rəis müavini Qurban Mikayılovla əlaqə saxladıq. Q.Mikayılovun bildirdi ki, orada qəza baş verdiyi üçün o yol asfaltlanmayıb:"Biz qabaqcadan bilmirik axı, oradakı xətdə problem yaranacaq. Şəhərə gedən 400 mm diametrli su xətti partlayıb. Bu səbəbdən də orada qazıntı işləri aparılır və problem aradan qaldırıldıqdan sonra yol əvvəlki vəziyyətinə qaytarılacaq."


İcmal.Az

RƏYLƏR