Sürüşmə zonasındakı sakinlərə verilən kirayə haqqı məlum olub

OXUNUB: 758 SOSİAL

Dövlət tərəfindən 98 ailəyə 11 aylıq kirayə haqqı veriləcək. 

Bunu Oxu.Az-a Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, ailə tərkibi səkkiz nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub:

"Artıq dünəndən etibarən vəsaitlər sənədlərini təqdim etmiş 67 ailənin hesablarına köçürülüb

Hazırda sürüşmə zonasında AMEA-nın mütəxəssisləri, FHN və ETSN əməkdaşları işləyib müəyyən ölçülər götürülər. Onların çıxacağı rəyi əsasında Nazirlər Kabinetinin qərarı əsasında ərazidəki tiklilərin taleyi aydın olunacaq. Ya ərazidəki tikliləri söküb kompensasiya təyin ediləcək, ya vətəndaşları evlərinə qaytaracaqlar. Hazırda bu məsələ həll olunur.”.

İcmal.Az

RƏYLƏR