Tatyana Krupa: Şuşadakı mədəniyyət məhv ola bilər

OXUNUB: 708 SOSİAL

İşğal olunmuş ərazilərdə, xüsusən də Dağlıq Qarabağda Azərbaycanın mədəni irsini müəyyən etmək və qorumaq üçün beynəlxalq monitorinqə ehtiyac var.

İcmal.Az xəbər verir ki, bu sözləri arxeoloq, ukraynalı tarixçi, Azərbaycan və Ermənistan sülh platformasının səfiri Tatyana Krupa deyib. 

Onun sözlərinə görə, Azərbaycanın Şuşa şəhərindəki tarixi abidələr diqqəti cəlb edir. 

"1992-ci ildən etibarən istər Azərbaycan, istərsə də dünya təşkilatları səviyyəsində bu bölgədəki abidələrin vəziyyəti ilə maraqlanılmır. Ancaq bizə məlumdur ki, Şuşadakı tarixi abidələrin siyahısı iki səhifədən çoxdur. Orada 17 tarixi məscid var. 

Daha doğrusu, düşünməliyik ki, Azərbaycanın tarixi mədəniyyətinin hansı hissəsi yox ola bilər”, - arxeoloq deyib. 

Krupa əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni irsin qorunması problemi qlobal səviyyədədir.

"Bütün dünya, bütün tarixçilər Qarabağı və Qarabağın numizmatikasını bilir. Ancaq nə mən, nə də başqa beynəlxalq tarixçilər Artsaxın numizmatikasını bilmir”, - tarixçi bildirib. 

İcmal.Az

RƏYLƏR