Təcili yardım gecikdi, sərxoş gənc küçədə öldü - FOTO

OXUNUB: 646 SOSİAL

Nəsimi rayonunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gecikməsinə görə bir nəfər ölüb.

İcmal.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

Belə ki, hadisə şahidlərinin verdiyi məlumata görə, təxminən 25-30 yaşlı sərxoş oğlanın halı yolun kənarında qəfil pisləşib. Bunu görən Bakı sakini Aynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib.

Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib. A.Məmmədova bildirib ki, təcili yardım məlumat verilən müddətdən təxminən bir saat müddətində gəlib.

Təcili Tibbi Yardım Xidmətinin həkimi isə sualları cavablandırmaqdan boyun qaçırıb. Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

Meyit müayinə olunması üçün morqa təhvil verilib. Hazırda hadisənin dəqiq səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

 

İcmal.Az

RƏYLƏR