Ötən gün respublikanın daxili işlər orqanları 125 cinayət faktı qeydə alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-aa verilən məlumata görə, onların da 25-i "isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
İcmal.Az