"Titanik" sərnişininin məktubu 126 min avroya satıldı - FOTO

OXUNUB: 556 MARAQLI
"Titanik" ilə səfərə çıxan sərnişinlərdən birinin məktubu Böyük Britaniyada keçirilən hərrac zamanı rekord qiymətə - 126 min avroya satılıb. 

İcmal.Az report-a istinadən xəbər verir ki, tədbir "Henry Aldridge & Son" hərrac evi tərəfindən təşkil olunub.

Məktub 13 aprel 1912-ci il tarixində qəza zamanı ölən birinci sinfli sərnişin Aleksandr Oskar Holverson tərəfindən gəminin aysberqlə toqquşmasından bir sutka əvvəl yazılıb. Məktub onun Nyu-Yorkda yaşayan anasına ünvanlanıb. 

İcmal.Az

RƏYLƏR