“Türk Hava Yolları” Ermənistana uçuş edəcək – AZƏRBAYCANDA BU HAVA YOLLARI BOYKOT EDİLƏ BİLƏR

OXUNUB: 2869 GÜNDƏM Seçilmiş Önəmli İQTİSADİYYAT

İCMAL.az xəbər verir ki, Türk Hava Yolları (THY) İdarə heyəti Başçısı və İcra Komitəsi Başçısı İlker Aycı 24 Noyabrda Anadolu Ajansı Maliyyə Masasına qonaq oldu. THY-nin gələcək planlarından danışan Ayci bu il 69 milyon sərnişin daşıdıqlarını, hədəfin yüz milyon olacağını qeyd edib. Ayci, önümüzdəki dövrdə İordaniyada Aqaba, Rusiyanın Krasnodar, Fiertaun isə Sierra Leone şəhərlərinə uçacaqlarını qeyd edib.

İCMAL.az xəbər verir ki, Ayci, həmçinin, Ermənistanı uçuş şəbəkəsinə əlavə edəcəklərini də qeyd etdi. Artıq bu barədə sosial şəbəkələrdə THY-yə qarşı kampaniyaya da başlanılıb. Ermənistanın THY-nin uçuş şəbəkəsinə əlavə edildiyi andan boykota məruz qalacağı güman edilir.

İCMAL.az

RƏYLƏR