Vasif Talıbov onlara maşın hədiyyə etdi

OXUNUB: 697 SOSİAL

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabağ qazilərinə avtomobil hədiyyə edib. 

Hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə ötən gün "NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.

V. Talıbov mərasimdə çıxış edərək bildirib ki, avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir: "Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaq”. 

AM sədri onlara yeni avtomobillərin açarlarını təqdim edib./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR