Zakir Həsənov Gürcüstana getdi

OXUNUB: 851 SOSİAL
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan müdafiə naziri Levon İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, səfər çərçivəsində Z. Həsənovun Gürcüstanın hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərində ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.
 
İcmal.Az

RƏYLƏR