Zakir Həsənov Gürcüstanın baş naziri ilə görüşüb

OXUNUB: 791 SOSİAL

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

İcmal.Az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə müdafiə sahəsində hərbi əməkdaşlığın möhkəmləndirilməsi və hərbi sahədə təcrübə mübadiləsi məsələləri müzakirə olub.

Tərəflər Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli əməkdaşlığın formatı, habelə strateji nəqliyyat strukturlarının müdafiəsi məsələlərini də nəzərdən keçiriblər. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

İcmal.Az

RƏYLƏR