Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

OXUNUB: 722 SOSİAL

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Brüsselə (Belçika Krallığı) yola düşüb.

Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zakir Həsənov iyunun 29-da Brüssel şəhərində Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək. 

 

İcmal.Az

RƏYLƏR