100 nəfərlik kəndə 53 milyon dollarlıq xidmət — FOTOLAR

OXUNUB: 612 MARAQLI
İsveçrədə dünyanın ən dik funiklyoru istifadəyə veriləcək.

"Schwyz-Stoos" funiklyor sistemi 53 milyon dollara başa gəlib.

Şviz kantonundakı Stus kəndi yaxınlığında inşa edilən sistem müasir mühəndislik şedevri sayılır.

14 illik çalışma nəticəsində 53 milyon dollara başa gələn funiklyor həftənin bazar günü açılacaq. Sərnişinləri 1738 metrlik dəmiryolu xətti ilə 743 metr hündürlüyə çıxa biləcəklər.
Alp dağlarını saniyədə 10 metr sürətlə çıxacaq olan qatarın vaqonları çəllək formasında hazırlanıb. Kənd dəniz səviyyəsindən 1300 metr hündürdə yerləşir.

Zürixdən 50 km cənubda yerləşən kəndin 100 nəfər əhalisi var./olke.az

100 nəfərlik kəndə 53 milyon dollarlıq xidmət — FOTOLAR
100 nəfərlik kəndə 53 milyon dollarlıq xidmət — FOTOLAR
İcmal.Az

RƏYLƏR