7NEWS.az xəbər verir ki, Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə biologiya fənnindən açıq dərs keçirilmişdir. Dərsin təşkilatçılığı biologiya müəlliməsi Səbinə Fəttulayevaya aid olub. Qeyd edək ki, Səbinə Fətullayeva bundan öncə həm də dünya səviyyəsində açıq dərslər təqdim etmişdir.
Açıq dərs məktəbin 8E sinfində keçirilmişdir. Müəllimlərin dərsi yüksək səviyyədə hazırlaması ilə yanaşı, sinfin şagirdlərinin aktivliyi də hər kəsin marağına səbəb olmuşdur.
Açıq dərsdə ürək və damarların quruluşu və fəaliyyəti izah edilmişdir. Şagirdlər ürəyin qapaqlarını, qan dövranını və müxtəlif hissələrinin funksiyasını öyrənmiş, həmçinin kardiogram vasitəsilə ürəyin ritmini canlı olaraq müşahidə etmişlər. Hər bir döyüntü 3D formatında nümayiş etdirilmiş, ürəyin sanki bir mühərrik kimi necə çalışdığı detallı şəkildə göstərilmişdir.
Açıq dərsdə məktəbin direktoru Aidə Əhmədova, müəllim heyəti və həkim kardioloq Dr. Arzu xanım iştirak etmişdir. Dr Arzu xanım şagirdlərə kardiogramı izah etmiş və ürəyin fəaliyyətini praktik nümunələrlə göstərmişdir.
Dərsdə müəllimə və şagirdlər vətənpərvərlik mövzusuna da yer ayırmışdır. Sonda məktəbin direktoru Aidə Əhmədova şagirdlərin dərsini yüksək qiymətləndirdiyini və alqışladığını bildirib, həmçinin, Mahirə müəllimə, Vəfa müəllimə də çıxış edib hər zaman şagirdləri dəstəklədiklərini bildiriblər.
Biz də redaksiya olaraq öz adımızdan 100 nömrəli məktəbin fəaliyyətinə uğurlar arzu edir və belə tədbirlərin tez-tez keçirilməsini arzu edirik.































