“1000 Bərəkət” kolbasaları haqda araşdırma başladı

OXUNUB: 223 Özəl İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qida sektorunda fəaliyyət göstərən 2 aparıcı şirkət barəsində araşdırmalar aparır.

 Dövlət Xidməti "Səhliyalı” Kiçik Müəssisəsi və "Hakan Foods Azerbaijan Trading” MMC tərəfindən ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə araşdırma aparır.

Hazırda Dövlət Xidmətinin apardığı araşdırma "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.

"Səhliyalı” Kiçik Müəssisəsi ilə bağlı işə 10.07.2023-cü il tarixində, "Hakan Foods Azerbaijan Trading” MMC ilə bağlı işə isə 20.07.2023-cü il tarixində baxılacaq.

Qeyd edək ki, "Səhliyalı” Kiçik Müəssisəsinin məhsulları bazarda "1000 Bərəkət” və "Hakan Foods Azerbaijan Trading” MMC-nin məhsulları isə "Kral” markası ilə tanınır./Yeni Sabah

RƏYLƏR