12 yaşlı uşaq universitetə qəbul oldu

OXUNUB: 672 MARAQLI
Meksikada 12 yaşlı istedadlı oğlan ölkə tarixində ilk dəfə ən iri milli muxtariyyətə malik universitetin tələbəsi olub.

İcmal.Az unikal.org-a istinadən xəbər verir ki, Karlos Antonio Santamariyunu universitetdə hələ doqquz yaşından tanıyırlar. O, kursu uğurla keçərək, analitik kimya, biokimya və molekulyar biologiya üzrə dərəcə alıb. İstedadlı oğlan gələcək təhsili üçün bioloji təbabəti seçib. Bu fənnin kursu avqustun 6-da başlayacaq. 

"Yeganə tələbə olacaq ki, onu auditoriyanın qapısına valideynləri gətirəcək", - deyə universitetin məlumatında bildirilir.

"Mən sadəcə oxumaq istəyirəm. Əgər bunun üçün qapılar bağlansa, pəncərədən gələcəm", - deyə azyaşlı tələbə qeyd edib.
 

İcmal.Az

RƏYLƏR